Azərbaycanda virusdan ölənlərin sayının artmasının əsl SƏBƏBİ

Azərbaycanda virusdan ölənlərin sayının artmasının əsl SƏBƏBİ

Hazırda oxunan: Azərbaycanda virusdan ölənlərin sayının artmasının əsl SƏBƏBİ

15824

Son günlər ölkədə həm koronavirusa yoluxanların, həm də virusdan dünyasını dəyişənlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Xüsusən də virusdan dünyasını dəyişənlərin sayında sürətli artım olması narahatlıq doğurmağa başlayıb.

Bugünə olan məlumata görə, ölkədə 1 429 yeni yoluxma olub, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər dünyasını dəyişib.

Halbuki fevral ayının sonları, martın əvvələrində ölkədə virusdan dünyasını dəyişənlərin sayı orta hesabla 2-8 nəfər arasında dəyişirdi.

Amma Novruz bayramı günləri ərəfəsində bu say yenidən artmağa başladı: martın 16-da 12 nəfər, 17-də 9 nəfər, 18-də 7 nəfər, 19-da 11 nəfər, 20-də 14 nəfər, 21-də 12 nəfər, 22-də 15 nəfər, 23-də 18 nəfər, 24-də 20 nəfər.

Bəs son günlərdə koronavirusa yoluxan şəxslər arasında ölüm faktlarının artmasına səbəbi nədir?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla danışıb:

"Hazırda virusa yoluxanların arasında ölənlərin sayı artmağa başlayıb. Bu onunla bağlıdır ki, insanlar xəstəliyə laqeyd yanaşır. Təssüf ki, bir çox hallarda müraciətlər də gec olur. Ona görə də virusun simptomları hiss olunarsa, vaxtında həkimə müraciət etmək lazımdır.

Xəstəliyin üzərinə vaxtında düşəndə nəticə də başqa olur.

Lakin təəssüflər olsun ki, bu məsələdə insanlar məsuliyyətsiz, laqeyd yanaşma nümayiş etdirir, sonda ağır nəticələr baş verir. Hesab edirəm ki, insanların maarifləndirmə işinə ciddi diqqət edilməlidir. Bu məsələ ilə bağlı telekanallarda mütəmadi məlumatlar verilməlidir”.

Xatırladaq ki, bu günə qədər Azərbaycanda ümumilikdə 249 min nəfərdə koronavirus aşkarlanıb ki, onlardan 3 404 nəfəri dünyasını dəyişib. 234 min nəfər isə xəstəliyə qalib gələrək, sağalıb.(musavat)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO