Piştaxtada aşağı, kassada yüksək qiymət – Müştəri NƏ ETMƏLİDİR?

Piştaxtada aşağı, kassada yüksək qiymət – Müştəri NƏ ETMƏLİDİR?

Hazırda oxunan: Piştaxtada aşağı, kassada yüksək qiymət – Müştəri NƏ ETMƏLİDİR?

158160

Marketlərdən alış-veriş edən şəxslər bir çox hallarda məhsulun qiymətinin piştaxtada aşağı, kassada isə yüksək olmasından şikayətlənirlər. Alıcıların sözlərinə görə, kassada qoyulan qiymət heç vaxt piştaxtada olduğundan aşağı olmur. Fikirli olan və ya evinə çoxlu bazarlıq edən alıcı bu qiymət fərqinə fikir vermədiyindən artıq aldadılmış olur. 

İstehlakçılar bu kimi hallarla rastlaşanda nə etməlidirlər?

Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Bizim.Media-ya bildirib ki, bu, istehlakçıların hüquqlarının kobud şəkildə pozulmasıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Mağazalar nağdsız ödənişdən niyə BOYUN QAÇIRIR?


“Mövcud qanunvericiliyə, Mülki Məcəlləyə görə tərəflər arasında müqavilə şifahi şəkildə də bağlanıla bilər. Yəni əslində biz istənilən marketə daxil olarkən həmin marketlə şifahi alqı-satqı müqaviləsi bağlayırıq. Mülki Məcəllədə birinin təklifi oferta, onun qəbulu isə aksept adlanır. 

Marketlərdə piştaxtaya məhsul qiymətini yapışdıran adam təklif vermiş olur, alıcı isə qiyməti qəbul etdiyi halda, şifahi müqavilə bağlamış sayılır. Yəni sahibkar piştaxtada qiyməti yapışdırmaqla, təklif vermiş olur ki, mən məhsulu bu qiymətə satıram.

Müştəri də o malı götürüb kassaya yaxınlaşarkən artıq aksept etmiş sayılır. Lakin alıcıya kassada başqa qiymət deyilirsə, bu, müqavilənin pozulmasıdır. Müştəri də tələb edə bilər ki, piştaxtada yazılan qiymətdə malı ona satsınlar. 

Müştəri nə etməlidir? 

Bu hallarda istehlakçı təbii ki, istehsalçını məhkəməyə də verə bilər. Amma vətəndaşın məhkəmədə vaxtı gedir, əlavə rüsum ödəyir. Ən rahat yol, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət etməkdir. Bu halda həm həmin market cəzalandırılacaq, həm də onu məcbur edəcəklər ki, elan etdiyi qiymətlə həmin malı müştəriyə satsın”.

Cahan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO