Bakıda TÜKÜRPƏDİCİ OLAY – Ahıl şəxs 10 yaşlı qıza CİNSİ ZORAKILIQ ETDİ – DETALLAR/VİDEO  

Bakıda TÜKÜRPƏDİCİ OLAY – Ahıl şəxs 10 yaşlı qıza CİNSİ ZORAKILIQ ETDİ – DETALLAR/VİDEO  

Hazırda oxunan: Bakıda TÜKÜRPƏDİCİ OLAY – Ahıl şəxs 10 yaşlı qıza CİNSİ ZORAKILIQ ETDİ – DETALLAR/VİDEO  

158131

Xətai rayonu 263 nömrəli məktəbin yaxınlığında yaşlı şəxsin 10 yaşlı qıza təcavüz etməsi ilə bağlı məlumatlar yayılıb.  

Bu barədə Xətai rayon sakinləri sosial şəbəkələrdə videogörüntü paylaşıblar. Videodan da göründüyü kimi pedofil hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq xidməti avtomobilə əyləşdirilir.  Məlumatlarda o da qeyd olunur ki, təcavüzə məruz qalan azyaşlı hazırda xəstəxanadadır. 

Bizim.Media-nın araşdırmasından sonra bəlli olub ki, hadisə 263 deyil, 63 saylı orta məktəbin yaxınlığında baş verib.

Bu barədə məlumatı 263 saylı məktəbin direktoru Nurqələm Bayramova təsdiqləyib. O, deyib ki, sözügedən hadisə ilə bağlı rəhbərlik etdiyi məktəbin adının hallanması xoş deyil: 

“O hadisə 63 saylı məktəbin yaxınlığında baş verib. Bizim məktəbin adını hallandırmasınlar və məlumatı düzgün yaysınlar”, - deyə direktor qeyd edib. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və TƏBİB məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.  

Təcavüzə məruz qalan azyaşlının isə hələki hansı məktəbin şagirdi olduğu barədə məlumat yoxdur.  

Mövzunu diqqətdə saxlayacağıq... 
 

Alçina Amilqızı, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO