“Nəcməddin Sadıkov 30 ildir Müdafiə Nazirliyində istirahət edib, anlamıram ki, indi Dubayda istirahət etməsi niyə bu qədər ajiotajla qarşılanıb? O qədər Dubayda vaxtilə istirahət edənlər tanıyıram ki, indi daha layiq olduqları yerdə, həm də uzunmüddətli "istirahət" edirlər”.
Bizim.Media xəbər verir ki, bu sözləri Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa yerli mətbu orqanlarından birinə müsahibəsində səsləndirib. Deputat əlavə edib ki, Azərbaycan ordusu müəssisə olaraq bizim müqəddəs ocağımızdır:
MÖVZU İLƏ BAĞLI:
Nəcməddin Sadıkovun Dubaydan VİDEOSU yayıldı
“Orada namus və vicdanla xidmət etməyənlərin şərəfli vətəndaş sayıldığının indiyədək şahidi olmamışam. Yaxşı ki, bu ölkənin İlham Əliyev kimi qətiyyətli Ali Baş Komandanı vardı.
Son milli savaşda bütün məsuliyyəti öz üzərinə götürərək möhtəşəm qələbəni təmin etdi və bir çox yalançı qəhrəmanın növbəti dəfə boy göstərməsinə imkan tanımadı”.
Bizim.Media