Bakıda 19 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxundu

Bakıda 19 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxundu

Hazırda oxunan: Bakıda 19 yaşlı gənci bıçaqlayan şəxsə hökm oxundu

158118

Bakıda 19 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən Murad Zərbəlizadəyə hökm oxunub və o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, Heydər Əliyev prospekti 265 ünvanında M.Zərbəlizadə şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı 19 yaşlı Fərhad Soltanovu bıçaqlayıb. Zərbələr onun qarın və sol baldırına dəyib.
Daha sonra M.Zərbəlizadə saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO