Bir sıra ölkələrdən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub 

Bir sıra ölkələrdən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub 

Hazırda oxunan: Bir sıra ölkələrdən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub 

158067

Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Niderland Krallığının Cənubi Hollandiya, Flevoland əyalətlərində blutanq, Rusiya Federasiyasının Kursk vilayətində xırdabuynuzlu heyvanların çiçək, Fransanın Oksitaniya, Yeni Akvitanya regionlarında isə epizootik homorraji xəstəliyi qeydə alınıb. 

Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə Niderland Krallığının Cənubi Hollandiya və Flevoland əyalətlərində blutanq xəstəliyinin baş vermiş təsərrüfatın 150 kilometr radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Rusiyanın Kursk vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyinin baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Fransanın Oksitaniya və Yeni Akvitanya regionlarından bütün növ diri gövşəyən heyvanların, həmçinin onlara aid genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. 
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO