AZAL Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysini yerinə yetirib

AZAL Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysini yerinə yetirib

Hazırda oxunan: AZAL Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysini yerinə yetirib

158027

Bu gün "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Minsk-Bakı marşrutu üzrə ilk müntəzəm uçuşunu həyata keçirib. 

Bizim.Media xəbər verir ki, bu barədə AZAL-ın məlumatında qeyd edilib. 

Bildirilib ki, aviaşirkətin təyyarəsi Minsk Milli Hava Limanında iki ölkə arasında hava əlaqəsində yeni mərhələnin başlanğıcını simvolizə edən ənənəvi su tağı ilə təntənəli şəkildə qarşılanıb. 

Tədbirdə AZAL-ın nümayəndələri, Azərbaycanın Belarusdakı səfiri, Azərbaycan diasporunun nümayəndələri və Minsk aeroportunun rəhbərliyi iştirak ediblər. 

Yeni marşrut sərnişinlərin iki paytaxt arasında rahat gediş-gəlişi üçün geniş imkanlar açır. Bu istiqamətdə üzrə uçuşlar həftədə dörd dəfə həyata keçiriləcək ki, bu da turistlər və biznes tərəfdaşları üçün əlavə perspektivlər yaradacaq. 
Uçuş cədvəli ilə aviaşirkətin rəsmi www.azal.az saytında tanış olmaq mümkündür. Aviabiletləri, həmçinin aviaşirkətin mobil tətbiqində və akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO