Şuşanın Malıbəyli kəndində erməni vandalizminin növbəti isbatı – VİDEO 

Şuşanın Malıbəyli kəndində erməni vandalizminin növbəti isbatı – VİDEO 

Hazırda oxunan: Şuşanın Malıbəyli kəndində erməni vandalizminin növbəti isbatı – VİDEO 

158021

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən məscidlərimizin ermənilər tərəfindən təhqir edilməsi barədə növbəti faktlar üzə çıxıb. 

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən bildirilib. 

Qeyd edilib ki, Şuşa rayonunun Malıbəyli kəndində XVII əsrdə tikildiyi ehtimal edilən Malıbəyli məscidinin də vaxtilə işğal altında olan digər məscid və abidələrimiz kimi heyvan ahırı qismində istifadə olunduğu aşkar edilib. 

Qeyd edək ki, Malıbəyli məscidinin minarəsi hələ 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən uçurdulub, tavanı bir neçə yerdən yandırılaraq yararsız hala salınıb.  
Dini, tarixi və mədəniyyət abidələrimizə qarşı törədilmiş bu vəhşilik erməni vandalizminin əyani sübutudur. 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO