Lokal antiterror tədbirlərini ölkə əhalisinin neçə faizi aktiv izləyib? – SORĞU  

Lokal antiterror tədbirlərini ölkə əhalisinin neçə faizi aktiv izləyib? – SORĞU  

Hazırda oxunan: Lokal antiterror tədbirlərini ölkə əhalisinin neçə faizi aktiv izləyib? – SORĞU  

157969

Əhalinin 74.2%-i Azərbaycan ordusunun apardığı lokal antiterror tədbirlərini mütəmadi olaraq izləyib. 

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi sorğu aparıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ölkə əhalisinin neçə faizi Ermənistanla sülh sazişinin imzalanmasını istəyir? – SORĞU 


Mərkəzdən bildirilir ki, Azərbaycan ordusunun sentyabrın 19-da Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinə qarşı apardığı antiterror tədbirləri ilə bağlı ictimai diskursu öyrənmək məqsədilə rəy sorğusu keçirilib.

Sorğu çərçivəsində antiterror tədbirləri və onun nəticələri, Xankəndi, Xocalı, Xocavənd rayonlarında yaşayan erməni sakinlərin inteqrasiyası, Ermənistanla sülh gündəliyi və digər aktual məsələlər barədə vətəndaşların rəyi öyrənilib. 

Sorğunun nəticələri ölkə ictimaiyyətinin mütləq əksəriyyətinin antiterror tədbirləri ilə bağlı məlumatları, xəbərləri izlədiyini göstərib.

Belə ki, rəy sorğusunda iştirak edənlərin 74.2%-i Azərbaycan ordusunun apardığı antiterror tədbirlərini mütəmadi olaraq izlədiyini, 24.0%-i müəyyən fasilələrlə izlədiyini bildirib. İştirakçıların cəmi 1.8%-i bu barədə məlumatları izləmədiyini ifadə edib. 

İctimai rəy keçirilmiş antiterror tədbirlərinin təhlükəsizliyin təmin edilməsi, suverenliyin bərpa olunması, separatçılıq siyasətinin qarşısının alınması kimi müxtəlif istiqamətli nəticələr doğurduğunu təsdiqləyib. Bununla belə, nəticələrlə bağlı məlumatların proseslərin gedişatına uyğun olaraq tədricən ictimailəşməsi və informasiya mühitinin dinamikası ictimai rəyə təsirsiz ötüşmür və hazırkı nəticələr situativ xarakter daşıyır. 

Sorğunun nəticələrinə görə, respondentlərin 78.3%-i antiterror tədbirləri nəticəsində Qarabağdakı erməni silahlı qüvvələrinin təslim və tərksilah edildiyi mövqeyini təsdiqləyib. 

Sorğuda iştirak edənlərin 70.3%-i Azərbaycanın erməni silahlı qüvvələrinin mövcud olduğu Xankəndi və ətraf ərazilər üzərində öz suverenliyini bərpa etdiyini bildirib. 

İştirakçıların 69.0%-i Qarabağdakı qondarma siyasi rejim və qurumların ləğv olunduğu fikri ilə razılaşıb. 

Respondentlərin 63.3%-i Qarabağda təhlükəsizliyin təmin olunduğu mövqeyini bölüşüb. 

60.5% hərbi əməliyyatlar nəticəsində Qərb ölkələrinin, dünya ermənilərinin separatçılıq siyasətinin qarşısının alındığını ifadə edib. 

Cəmiyyətin antiterror tədbirlərinə diqqətini və prosesə həssas yanaşmasını nəzərə aldıqda, hərbi əməliyyatların öz nəticələri baxımından ictimai gözləntiləri nə dərəcədə doğrultması aktuallıq kəsb edir. 

Rəy sorğusunda iştirak edənlərin 75.8%-i antiterror tədbirlərinin tam gözlədiyi kimi, 16.6%-i əsasən gözlədiyi kimi yekunlaşdığını ifadə edib. Respondentlərin ümumilikdə 4.8%-i hərbi əməliyyatların öz nəticələri baxımından gözləntilərini doğrultmadığını bildirib. Onların 2.8%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib. 


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO