Qarabağda daha 4 şəhərin Baş Planı üzərində iş APARILIR 

Qarabağda daha 4 şəhərin Baş Planı üzərində iş APARILIR 

Hazırda oxunan: Qarabağda daha 4 şəhərin Baş Planı üzərində iş APARILIR 

157933

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Qarabağ iqtisadi rayonunda 4 şəhərin Baş Planı üzərində iş aparır”. 

Bizim.Media xəbər verir ki, bunu Komitənin sədri rəhbərlik etdiyi qurumun BMT-nin Məskunlaşma Proqramı ilə birlikdə Bakıda keçirdiyi Ümumdünya Məskunlaşma Günü ilə bağlı forumda bildirib. 

"Şəhərsalma baxımından bizim gündəlik işimiz 10 milyondan çox əhalisi olan Azərbaycanın 79 şəhərini və 4 000-dən çox qəsəbə və kəndini əhatə edir. Nisbətən qısa müddət ərzində – son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə biz artıq 56 şəhərin yeni baş planlarını işləyib hazırlamışıq və daha 12 şəhər hazırda yekun təsdiqin son mərhələsindən keçir.

Hazırda biz qalan 7 şəhərin yeni baş planları üzərində işləyirik və Qarabağda daha 4 şəhərin Baş Planı üzərində iş aparılır", - deyə o qeyd edib. 
Bundan başqa, sədrin sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 %, 2050-ci ilə qədər isə 40 % azaltmaq öhdəliyi götürüb. 

"Azərbaycan "Dayanıqlı İnkişaf Hesabatı 2022"yə əsasən, ümumi DİM İndeksində 73,5 balla 163 ölkə arasında 50-ci yerdədir ki, bu da regionda ən yaxşı nəticədir. Ölkəmiz regionumuzda "2030-cu il Gündəliyi"nin icrasına dair 3-cü Könüllü Milli İcmal Hesabatını təqdim edən ilk ölkədir və biz 2024-cü ilə qədər Qarabağ Regionu üzrə Könüllü İcmal hazırlamaq niyyətindəyik", - deyə o əlavə edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO