Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri Laçın sərhəd-keçid məntəqəsinə baxıblar.
Bizim.Media xəbər verir ki, BMT-nin Azərbaycandakı rezident əlqələndiricisinin rəhbərliyi altında beynəlxalq təşkilatın ixtisaslaşmış qurumlarının nümayəndələri Xankəndi-Laçın yolunda olublar və Laçın sərhəd-keçid məntəqəsinə baxıblar.
Bundan öncə onlar Xankəndidə tibb xidmətinin işi ilə tanış olurlar.
Xatırladaq ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.
Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.
Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.
Bizim.Media