Azad edilmiş ərazilərdə təxminən 1,5 milyon ədəd mina basdırılıb

Azad edilmiş ərazilərdə təxminən 1,5 milyon ədəd mina basdırılıb

Hazırda oxunan: Azad edilmiş ərazilərdə təxminən 1,5 milyon ədəd mina basdırılıb

157616

“Biz hesab edirik ki, işğaldan azad edilmiş ərazilərimizdə təxminən 1,5 milyon ədəd mina basdırılıb”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.

Onun sözlərinə görə, bu, dəqiq və son məlumat deyil: 

"Biz Laçında improvizə edilmiş bir sıra minalar aşkarlamışıq. Onlar evlərin astanasında, həyətlərdə yerləşdirilmişdi. Ümumiyyətlə mina partlayışlarının 70 faizi əvvəlki təmas xəttindən çox uzaqda baş verib. Belə ki, cəmi 52 hadisə keçmiş təmas xəttində, 137 partlama hadisəsi isə digər ərazilərdə meydana gəlib".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO