Lənkəranda avtomobil 76 yaşlı kişini vurdu

Lənkəranda avtomobil 76 yaşlı kişini vurdu

Hazırda oxunan: Lənkəranda avtomobil 76 yaşlı kişini vurdu

157605

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, qəza Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsi Lənkəran şəhərinin Heydər Əliyev prospektində qeydiyyatda olan 1947-ci il təvəllüdlü İslahat Allahverdi oğlu Quliyevi vurub.

Əraziyə dərhal Təcili Tibbi Yardım Briqadası cəlb olunub və ağır xəsarət alan yaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra İ.Quliyev reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO