Zaqatalada ağır qəza: 2 nəfər xəsarət aldı

Zaqatalada ağır qəza: 2 nəfər xəsarət aldı

Hazırda oxunan: Zaqatalada ağır qəza: 2 nəfər xəsarət aldı

157450

Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Makov kəndindən keçən hissəsində qəza baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  “VAZ 21015” və “VAZ 2109” markalı minik avtomobilləri toqquşub.

Nəticədə sərnişin, 54 yaşlı Mirvari Abbasova və "VAZ 2109"-un sürücüsü, 33 yaşlı İdris Şabanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hər iki yaralı Təcili Tibbi Yardımın  köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.

Qəzanın təfərrüatları  Rayon Polis Şöbəsində araşdırılır.

Tural Rasim oğlu, Bizim. Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO