Şəmkirdə yük maşını dərəyə AŞDI – Ölənlər var 

Şəmkirdə yük maşını dərəyə AŞDI – Ölənlər var 

Hazırda oxunan: Şəmkirdə yük maşını dərəyə AŞDI – Ölənlər var 

157330

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb. 

“QAZ” markalı yük avtomobilinin sürücüsünün idaetməni itirməsi nəticəsində maşın yol kənarında dərəyə aşıb. Hadisə nəticəsində iki nəfər avtomobildə sıxılmış vəiyyətdə qalıb.

Qəza baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO