İraqda Qarabağ şəhidlərinin anım günü ilə bağlı tədbir keçirildi - FOTO

İraqda Qarabağ şəhidlərinin anım günü ilə bağlı tədbir keçirildi - FOTO

Hazırda oxunan: İraqda Qarabağ şəhidlərinin anım günü ilə bağlı tədbir keçirildi - FOTO

157256

Bu gün “Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının” (ABİA) və  İraqın Telafər şəhər meriyasının birgə təşkilatçılığı ilə İraqın türkmanlar yaşayan Telafər şəhərində Qarabağ müharibələri dövründə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan azərbaycanlıların Anım günü ilə bağlı tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, İraqda Azərbaycan xalqı ilə dərin etnik, mənəvi-mədəni bağlara malik türkmanların yaşadığı bölgənin baş şəhərlərindən biri olan Telafər Gənclik Mərkəzində  keçirilən tədbirdə ilk öncə 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhu ehtiramla yad olunub, dualar oxunub. 

Tədbiri giriş sözü ilə açan şəhər meri Seyid Qasim Şərifi Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda apardığı Vətən müharibəsi zamanı türkmanların ruhən onların yanında olduğunu və mənəvi dəstəyini, Azərbaycanın uğurlarına sevindiklərini qeyd edib, eyni zamanda Azərbaycan ərazilərinin işğalı dövründə baş vermiş erməni vandalizmini İraqdakı İŞİD dövrü zülmü ilə müqayisə edib.
Şəhər meri sonda bütün Azərbaycana bir günlük antiterror əməliyyatlarındakı uğuru və ərazi bütövlüyünün tam bərpası ilə bağlı təbriklərini çatdırıb. 


Tədbirdə ABİA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov İraqın türkman əhalisinin Azərbaycana ardıcıl şəkildə göstərdiyi mənəvi dəstəyə görə təşəkkür edib, Azərbaycanın tarix boyu yaratdığı şanlı dövlətlər dövründə İraq türkmanları ilə daima bir-birinə bağlı olduqlarını qeyd edərək, bu yaxınlığın ölkələr arasında dostluğa daha çox töhfə verəcəyinə əminlik bildirib.

İraqın dövlət və ictimai sektorunu təmsil edən nümayəndələrin sonrakı çıxışlarında, yerli əhaliyə Vətən müharibəsi, Ermənistanın Azərbaycana qarşı illərlə apardığı işğalçılıq siyasəti haqda məlumatlar verilib, eləcə də Vətən müharibəsi qələbəsinin bütün türk və İslam dünyası üçün əhəmiyyəti qeyd olunub.

Tədbirdə eləcə də Telafərin bütün türkmən tayfalarının başçıları və Türkmən Cəbhəsinin yerli təşkilatının rəhbərliyi çıxış edərək, Azərbaycanın haqq işini müdafiə ediblər.


Daha sonra Ermənistanın xarici havadarlarının dəstəyi ilə müstəqilliyimizin ilk illərindən başlayaraq Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasəti, erməni vandalizmini, eyni zamanda Vətən müharibəsini, müharibə vaxtı xalqımızın milli birlik ruhu ilə qələbəsini, müharibədən sonra azad olunmuş torpaqlarda başlayan böyük bərpa və quruculuq işlərini, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını əks etdirən “44 Günlük Qəhrəmanlıq Salnaməsi” adlı fotosərginin açılış mərasimi keçirilib.

Tədbir çərçivəsində eləcə də Qarabağ həqiqətləri ilə bağlı video-çarx nümayiş etdirilib.

Sərgidə iştirak edən Telafər və ətraf şəhərlərdən olan insanların Qarabağ münaqişəsi haqqında çoxsaylı suallarına cavab verilib.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO