Aşıq Ələsgərin abidəsinin hazırlanması prosesi başa çatıb

Aşıq Ələsgərin abidəsinin hazırlanması prosesi başa çatıb

Hazırda oxunan: Aşıq Ələsgərin abidəsinin hazırlanması prosesi başa çatıb

157023

Aşıq Ələsgərin heykəlinin bürüncdən tökülməsi prosesi başa çatıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Rəssamlar İttifaqı nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov məlumat yayıb.

Onun sözlərinə görə, bundan sonrakı proses abidənin lazımi yerdə ucaldılmasıdır:

"Bunun üçün də Mədəniyyət Nazirliyinə məlumat verilib".

Qeyd edək ki, abidənin memarı Malik Babayevdir.

Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçirilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub.
Abidənin Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılması nəzərdə tutulur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO