Senytabrın birinci ongünlüyündə rayon ərazisində baş verən təbii fəlakət zamanı fərdi ev təsərrüfatlarına, xüsusən evlərin damlarına ciddi ziyan dəymişdi.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sentyabrın ilk həftəsindən başlayaraq ölkə ərazisində, xüsusən də Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb.
Güclü leysan yağışları, dolu və qasırğa ilə müşahidə olunan hava şəraiti təbii fəlakətlərə səbəb olub.
Qasırğa və dolu Qəbələ rayonu ərazisində də bir sıra fəsadlar əmələ gətirib. Dolu nəticəsində ziyan çəkmiş təsərrüfatlara Fövqəladə Hallar Nazirliyinin dəstəyi və Qəbələ Rayon İcra Hakimiyyətinin təçkilatcılığı ilə dəmir dam örtükləri verilib. Hazırda həmin örtüklərin dəyişdirilməsi həyata keçirilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:25 / 26.09.2023
Qəbələdə dolunun yaratdığı fəsadlar aradan qaldırılır - FOTO
Hazırda oxunan: Qəbələdə dolunun yaratdığı fəsadlar aradan qaldırılır - FOTO
Hazırda oxunan: Qəbələdə dolunun yaratdığı fəsadlar aradan qaldırılır - FOTO
157010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.