Xankəndi yaxınlığındakı benzin çənində baş verən partlayış nəticəsində 280-dən çox erməni xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan KİV-ləri yayıb.
Mənbə yazır ki, onlarla şəxsin vəziyyəti son dərəcə ağırdır.
Həkimlər 7 nəfərin həyatını xilas edə bilməyib. 13 naməlum meyit isə həkim-ekspertiza bürosunda saxlanılır.
İrəvandan bir qrup həkim zərərçəkənlərə yardım göstərmək üçün helikopterlə Xankəndinə gəlib.
Helikopterlə lazımi dərmanları daşınır. Xankəndində xəstələrin aparılması üçün hazırlıq işləri görülür.
Bizim.Media