Prezident Administrasiyasından Xankəndidəki partlayışla bağlı AÇIQLAMA

Prezident Administrasiyasından Xankəndidəki partlayışla bağlı AÇIQLAMA

Hazırda oxunan: Prezident Administrasiyasından Xankəndidəki partlayışla bağlı AÇIQLAMA

156978

2023-cü il sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yayıb.

Məlumatlara əsasən, hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.

Bununla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO