Qarabağ ermənilərinin Bakıya səfəri təşkil edilə BİLƏR 

Qarabağ ermənilərinin Bakıya səfəri təşkil edilə BİLƏR 

Hazırda oxunan: Qarabağ ermənilərinin Bakıya səfəri təşkil edilə BİLƏR 

156928

Xəbər verdiyimiz kimi, 2023-cü il sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib. 

Bizim.Media Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına istinadən xəbər verir ki, görüşdə erməni əsilli vətəndaşların Bakıya səfərinin təşkili müzakirə edilib. 

“Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaş cəmiyyəti təmsilçiləri və ictimai fəalların Bakıya və ya Azərbaycanın digər şəhərlərinə səfərlərinin təşkil edilməsi təklifi vurğulanıb və bu cür təşəbbüslərin vətəndaş cəmiyyəti dialoqu platformasının yaradılması, eləcə də etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib”,  - məlumatda bildirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO