Azərbaycanda tələbələr üçün geyim qaydaları müəyyənləşdirilə bilər - AÇIQLAMA

Azərbaycanda tələbələr üçün geyim qaydaları müəyyənləşdirilə bilər - AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda tələbələr üçün geyim qaydaları müəyyənləşdirilə bilər - AÇIQLAMA

156922
"Nəinki tələbə geyimi, heç müəllim geyimi, hətta məktəbli forması barədə belə konkret bir fikrə hələ ki, gələ bilməmişik”.
 
Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov son zamanlar müzakirə obyektinə çevrilən tələbələrin geyimləri ilə bağlı danışarkən deyib. O qeyd edib ki, ölkəmizdə təhsil haqqında qanunvericilikdə tələbələrin geyim formaları ilə bağlı hər hansı tələb yoxdur:
 
"Buna görə də artıq neçə illərdir ki, bu məsələ gündəmdədir. "Tələbə universitetə istədiyi geyimdə gələ bilər. Şort da geyinsə, hicablı, qapalı da geyinsə, bu, qəbul olunmalıdır. Rektoru olduğum universitetdə çoxlu saqqal saxlayan tələbələr var. Bu da onların öz işidir”- deyənlər də var, oğlan tələbələrə qeyri-rəsmi olaraq təhsil ocağına şortla, qızlara isə dikdabanla gəlməyə qadağa qoyanlar, habelə "tələbənin universitetə nə geyinməyi tamamilə öz işidir. Yalnız orta məktəblərdə bu tip qadağaların qoyulması mümkündür” mövqeyindən çıxış edənlər də”.

Müsahibimiz bildirib ki, tələbənin normal geyimini hansısa qadağalarla məhdudlaşdırmağın tərəfdarı olmasa da, onların da istədikləri anormal formada təhsil müəssisəsinə gəlib-getməsinin qəti əleyhinədir:

"Vahid forma geyinməsinə məcburiyyət qoyulmaması, heç də bəzi mental qaydaların gözlənilməməsi demək deyil”.

Günay Rəsulqızı
Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO