Mina terrorunda şəhid olan polkovnik-leytenant dəfn EDİLDİ – FOTO 

Mina terrorunda şəhid olan polkovnik-leytenant dəfn EDİLDİ – FOTO 

Hazırda oxunan: Mina terrorunda şəhid olan polkovnik-leytenant dəfn EDİLDİ – FOTO 

156875

Sentyabrın 24-də "KamAZ" markalı hərbi nəqliyyat vasitəsinin minaya düşməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun polkovnik-leytenantı Əkrəm Şadmanov dəfn edilib. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, mərhum İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ordumuza məxsus "Kamaz" minaya düşdü – 2 hərbçimiz şəhid oldu 


Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, mərhumun yaxınları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus "KamAZ" markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb. 

Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub. 

Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO