Astara rayonunda torpaq sürüşməsi olub, yol bağlanıb.
Bizim.Media "report.az"a istinadən xəbər verir ki, Astaranın Şiyəkəran kəndində baş verən torpaq sürüşməsi 10-a yaxın fərdi təsərrüfatı yolsuz qoyub.
Belə ki, çay kənarında yerləşən evlərin yolu çöküb. Uçqun həyətlərin çəpərinə qədər genişlənib, yol tamamilə bağlanıb.
Fövqəladə Hallar Nazirliyinin Lənkəran Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub. Yolda təhlükəsizlik tədbirlərinin görülməsinə başlanılıb. Əraziyə yaxınlaşmaq qadağan edilib. Çünki sürüşmə hələ də davam edir.
Hazırda ağır texnikalar vasitəsilə Pensərçayın ərazidən keçən hissəsinin yatağı dəyişdirilir.
Bizim.Media
![Astarada torpaq SÜRÜŞMƏSİ: Yol bağlandı - FOTO Astarada torpaq SÜRÜŞMƏSİ: Yol bağlandı - FOTO](https://bizim.media/file/articles/2023/09/25/1695636931_1-3.jpg)
- A-
- A
- A+
Cəmiyyət
14:14 / 25.09.2023
Astarada torpaq SÜRÜŞMƏSİ: Yol bağlandı - FOTO
Hazırda oxunan: Astarada torpaq SÜRÜŞMƏSİ: Yol bağlandı - FOTO
Hazırda oxunan: Astarada torpaq SÜRÜŞMƏSİ: Yol bağlandı - FOTO
156873
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.