Xəbər verdiyimiz kimi, hərbi qulluqçumuz Şadmanov Əkrəm Yunis oğlu ordumuza məxsus “Kamaz” markalı yük maşınının minaya düşməsi nəticəsində şəhid olub.
Bizim.Media xəbər verir ki, Əkrəm Şadmanov 1984-cü ildə Kəlbəcər rayonunda anadan olub.
MÖVZU İLƏ BAĞLI:
Ordumuza məxsus "Kamaz" minaya düşdü – 2 hərbçimiz şəhid oldu
Rütbəcə polkovnik-leytenant olan Şadmanov “N” saylı hərbi hissənin Qərargah rəisi idi. Şəhid hərbçimiz İkinci Qarabağ savaşında, lokal antiterror tədbirlərində fəal iştirak edib.
Onun Xocalıya ilk daxil olan hərbçilərimizdən biri olduğu qeyd olunur.
Allah rəhmət eləsin!
Bizim.Media