Şəkidə sel sularının yaratdığı fəsadlar aradan QALDIRILIR – FOTO  

Şəkidə sel sularının yaratdığı fəsadlar aradan QALDIRILIR – FOTO  

Hazırda oxunan: Şəkidə sel sularının yaratdığı fəsadlar aradan QALDIRILIR – FOTO  

156823

Şəkinin Babaratma və Qudula kəndlərində sel sularının yaratdığı fəsadlar aradan qaldırılır. Güclü yağışlar nəticəsində yaranan sel suları rayonun Babaratma və Qudula kəndlərinin ərazisinə düşmüş və yol infranstrukturuna, həmçinin bir sıra fərdi yaşayış evlərinə, ev təsərrüfatlarına ciddi ziyan vurmuşdu. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yaranmış vəziyyətlə bağlı dərhal ərazilərə aidiyyəti şəxslərin iştirakı ilə baxış keçirilib, müvafiq dövlət təşkilatları tərəfindən mövcud durumun aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb. 

İlk gündən əraziyə müvafiq ağır texnika cəlb olunub, kənddaxili yolların hamarlanması işləri aparılıb, yollara ballast daşınaraq tökülüb, ərazidən suyun ötürülməsi üçün kanallar qazılıb.
Evlərini su basmış ailələlərin müvəqqəti yerləşməsi üçün xüsusi konteynerlərin gətirilməsi nəzərdə tutulur. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. 








Tural Rasim oğlu, Bizim.Media, şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO