“Qarabağda mülki əhaliyə qarşı hər hansı xoşagəlməz halların və digər hüquqazidd halların baş verməməsi üçün bütün lazımi tədbirlər görülür, onların sağlamlığı nəzarətdə saxlanılır”.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, hazırkı vəziyyətə görə ərazidən çıxarılmış Daxili İşlər Nazirliyinə, eləcə də Müdafiə Nazirliyinə müraciət edən erməniəsilli vətəndaşlarımız müvafiq düşərgələrdə yerləşdirilir, onların qida və tibbi ehtiyacı təmin edilir: “Çünki onların hər biri Azərbaycan Respublikasının erməniəsilli vətəndaşlarıdır.
Ümumiyyətlə ərazidə mülki əhalinin mühafizəsi Azərbaycan dövləti tərəfindən diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bundan başqa, əlavə qüvvələr cəlb edilərək erməni silahlılarından qalan və təhlükə yaradan obyektlər müəyyənləşdirilir və yoxlanılır”.
- A-
- A
- A+
Cəmiyyət
21:32 / 23.09.2023
Elşad Hacıyev: “Qarabağdakı əhaliyə qarşı xoşagəlməz halların baş verməməsi üçün tədbirlər görülür” - VİDEO
Hazırda oxunan: Elşad Hacıyev: “Qarabağdakı əhaliyə qarşı xoşagəlməz halların baş verməməsi üçün tədbirlər görülür” - VİDEO
Hazırda oxunan: Elşad Hacıyev: “Qarabağdakı əhaliyə qarşı xoşagəlməz halların baş verməməsi üçün tədbirlər görülür” - VİDEO
156673
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.