Gül suyunun bilinməyən faydaları

Gül suyunun bilinməyən faydaları

Hazırda oxunan: Gül suyunun bilinməyən faydaları

15667

Gül tibb, kosmetika və mətbəx kimi müxtəlif sahələrdə istifadə olunan təbii bir vasitədir.

Tərkibindəki vitaminlər, antioksidanlar və xoş ətri bu zərif çiçəyin diqqət çəkən amillərindəndir. Güldən alınan məhsullardan gül suyunun da bilinməyən bir çox faydası var.

Bizim.Media gül suyunun bilinməyən faydalarını təqdim edir:

1. Üzünüzü hər gün gül suyu ilə təmizləsəniz, dərinizdəki ləkələr müalicə ediləcəkdir. Bu proses sizi yaşla birlikdə gələn qırışlardan da qoruyacaq.

2. Göz altındakı ağ ləkələr və ya yorğunluqdan yaranan qaralmalara gül suyu yaxşı təsir edir.

3. Gül suyu çay şəklində qəbul edilərsə, içindəki  A, C, D,E, B3 vitaminleri böyrək infeksiyası və ürək xəstəlikləri riskini azaldır, həzm sistemini bərpa edir, diş ağrısını aradan qaldırır.

4. Gül suyu saç üçün çox faydalıdır. Bu səbəbdən gül suyu bir çox saç baxımı məhsulunda istifadə olunur. Tərkibindəki faydalı birləşmələr sayəsində saç kökünü bəsləyir və gücləndirir.

5. Güclü bir yaddaş üçün də gül suyu olduqca faydalıdır .

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO