XİN-də işə qəbul imtahanının növbəti mərhələsi KEÇİRİLDİ 

XİN-də işə qəbul imtahanının növbəti mərhələsi KEÇİRİLDİ 

Hazırda oxunan: XİN-də işə qəbul imtahanının növbəti mərhələsi KEÇİRİLDİ 

156613

Dövlət İmtahan Mərkəzi bu gün Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “dinləyib-anlama” və “oxuyub-anlama” bacarığı üzrə, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi keçirib. 

Bizim.Media xəbər verir ki, imtahan Bakı şəhərində 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 3 imtahan rəhbəri, 14 nəzarətçi müəllim ayrılıb. 
İmtahan nəticələrinin danışıq bloku üzrə imtahanın nəticələri bir yerdə yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur. 

Xatırladaq ki, namizədlərin danışıq bloku üzrə imtahanı sentyabrın 24-də keçiriləcək. 

İmtahan iştirakçıları aşağıdakı link vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi bina, zal, başlanma vaxtı və iştirakçının imtahan binasına gəlmə vaxtı qeyd olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO