Azərbaycan Rusiya FHN-in bir qrup əməkdaşını təltif etdi

Azərbaycan Rusiya FHN-in bir qrup əməkdaşını təltif etdi

Hazırda oxunan: Azərbaycan Rusiya FHN-in bir qrup əməkdaşını təltif etdi

15648

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində Azərbaycanın işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsi əməliyyatlarında iştirak etmiş bir qrup rusiyalı mütəxəssis Azərbaycanın “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı və Fövqəladə Hallar Nazirliyinin “Əməkdaşlığa görə” döş nişanı ilə təltif edilib.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Rusiyanın axtardığı cinayətkarları təhvil verdi


Mart 23-də Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzində keçirilmiş təltifetmə mərasimində FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov, FHN Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev, Rusiya Federasiyası FHN-in minaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitskiy və digər şəxslər iştirak ediblər.

 

Mərasimdə çıxış edən XRXX-nin rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi arasındakı səmərəli əməkdaşlıqdan söz açıb, bu əməkdaşlıq çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi əməliyyatlarında rusiyalı pirotexniklərin iştirakını vurğulayıb.


Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin minaaxtaranlardan ibarət qrupunun rəhbəri polkovnik Aleksey Zavitskiy təltiflərə görə minnətdarlığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO