Sabahdan Azərbaycanda payız fəsli BAŞLAYIR 

Sabahdan Azərbaycanda payız fəsli BAŞLAYIR 

Hazırda oxunan: Sabahdan Azərbaycanda payız fəsli BAŞLAYIR 

156479

Sabahdan Azərbaycanda payız fəsli başlayır. 

Şamaxı Astrofizika Rəsədxanasından Bizim.Media-ya verilən xəbərə görə, 2023-cü ildə payız fəsli Azərbaycana 23 sentyabr saat 10:49-da daxil olacaq. 

Bu zaman Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən cənub yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində Payız fəsli, Cənub yarımkürəsində isə Yaz fəsli başlayacaq.

Həmin gün bütün coğrafi enliklərdə Günəş şüaları Yer səthinə perpendikulyar düşəcək və gündüzlə gecənin uzunluğu bərabərləşərək 12 saat olacaq. 

Qeyd edək ki, şimal yarımkürəsində payız fəsli dekabrın 22-ə qədər davam edəcək. Dekabrın 22-i saat 07:27-də qış fəsli payızı əvəz edəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO