Elçin Quliyevin DOĞUM GÜNÜDÜR – FOTO  

Elçin Quliyevin DOĞUM GÜNÜDÜR – FOTO  

Hazırda oxunan: Elçin Quliyevin DOĞUM GÜNÜDÜR – FOTO  

156438

Bu gün Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin bu gün 56 yaşı tamam olur. Əslində Elçin müəllim doğum gününü qeyd etməyi sevmir.  

Yaxınları, rəhbərlik etdiyi qurumun rəsmiləri deyirlər ki, o doğum gününün qeyd olunmasını belə qadağan edib. Elçin müəllim ad günlərində öz əsgərləri ilə bir süfrə arxasında əyləşməyi sevir.  
O özünün 50, 55 yaşının tamamında da əsgərləri ilə bir arada, xidməti ərazidə sərhəd qoruyucularının yanında olub. Təntənəli, yüksək səviyyədə, bahalı restoranlarda ad günü keçirmək generalımızın təbiətinə zidddir. 

Xüsusən də, şəhid verdiyimiz bu günlərdə ad günü tarixi, generalın heç yadına da düşmür.

Ölkədəki bu çətin, amma ərazi bütövlüyümüzün müqəddəratının həll olunduğu vaxtda, 22 sentyabr günündə general Elçin Quliyevin doğum gününü təbrik edir, ona həyat və fəaliyyətində uğurlar arzulayırıq. 










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO