Mingəçevirdə süd və süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTO 

Mingəçevirdə süd və süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTO 

Hazırda oxunan: Mingəçevirdə süd və süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb - FOTO 

156407

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Mingəçevir şəhərində fəaliyyət göstərən süd və süd məhsullarının istehsalı müəssisəsində yoxlama aparıb. 

Bu barədə Bizim.Media-ya agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Yoxlama zamanı şəhərin H.Hüseynov küçəsi, 6 ünvanında fiziki şəxs Camalov Ruslan Valeh oğluna məxsus müəssisədə qida təhlükəsizliyinə dair normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

Müəssisədə sanitar-gigiyenik tələblərə əməl olunmadığı, məhsulların istehsalı və emalı zamanı baytarlıq sanitariya tələblərinin gözlənilmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub. 
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb edilib, həmçinin süd və süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. 






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO