Azərbaycan Rusiyanın axtardığı cinayətkarları təhvil verdi

Azərbaycan Rusiyanın axtardığı cinayətkarları təhvil verdi

Hazırda oxunan: Azərbaycan Rusiyanın axtardığı cinayətkarları təhvil verdi

15633

Azərbaycan Baş Prokurorluğu Rusiya tərəfinin sorğularını təmin edib.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən xəbərə görə, Kələntərov Emil Ağa-Xəlil oğlunun – qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmağa cəhd etməsinə, külli miqdrada psixotrop maddələrin qaçaqmalçılığını etməsinə; bundan əlavə, Hüseynov Mirzəbala Rövşən oğlunun-külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, satmaq məqsədi olmadan saxlamasına əsaslı şübhələr müəyyən edilib.

Hər iki şəxs barəsində beynəlxalq axtarış elan olunub.

 

MÖVZU İLƏ BAĞLI:

2 nəfəri öldürən cinayətkar Belarusdan Azərbaycana gətirildi – Axtarışda olub


Axtarışda olan şəxslərin yerinin müəyyən edilməsi əsası ilə Rusiyanın Baş Prokurorluğunun Azərbaycanın Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Emil Kələntərov və Mirzəbala Hüseynov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasına təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO