Astarada sel sularının dağıtdığı körpüdə hərəkət bərpa OLUNDU - FOTO 

Astarada sel sularının dağıtdığı körpüdə hərəkət bərpa OLUNDU - FOTO 

Hazırda oxunan: Astarada sel sularının dağıtdığı körpüdə hərəkət bərpa OLUNDU - FOTO 

156142

Asatara rayonunda yağan güclü yağış nəticəsində yaranan sel sularının qəzalı vəziyyətə saldığı körpünün yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub. 

Qurumdan Bizim.Media-ya verilən məlumatda bildirilib ki, 8 metr uzunluğa malik körpü Pensər-Toradi avtomobil yolunun 1-ci km-də yerləşir. 

Təbii fəlakət nəticəsində avtomobil yolu ilə nəqliyyatın hərəkətində məhdudiyyətlər yaranıb. 

Yaranmış problemlər bağlı məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub. Qısa müddət ərzində qəzalı vəziyyətə düşmüş körpüdə müvəqqəti piyada yolu açılıb. 

Daha sonra nəqliyyat vasitələrə üçün alternativ yolun salınması işlərinə başlanılıb. Bunun üçün əraziyə xüsusi borular gətirilib. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti üçün yeni yol hissəsi salınıb. 
Qeyd edək ki, Astara rayonunda sel sularının problemlər yaratdığı digər yollarda da hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunması və yol qurğularının bərpası istiqamətində işlər davam etdirilir. 










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO