Sabirabaddakı qəzada təcili tibbi yardımın əməkdaşı xəsarət aldı

Sabirabaddakı qəzada təcili tibbi yardımın əməkdaşı xəsarət aldı

Hazırda oxunan: Sabirabaddakı qəzada təcili tibbi yardımın əməkdaşı xəsarət aldı

155841

Bu gün axşam saatlarında Sabirabad rayonu ərazisində hərəkətdə olan İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının balansında olan “Mercedes” markalı nəqliyyat vasitəsi ilə “VAZ-21015” markalı nəqliyyat vasitəsi toqquşub. 

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya məlumat verilib. 

Bildirilib ki, hadisə nəticəsində “Mercedes” markalı nəqliyyat vasitəsində biri TTYS-nin əməkdaşı olmaqla 3 nəfər, “VAZ-21015” markalı nəqliyyat vasitəsində isə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar. 
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. 

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO