Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib 

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib 

Hazırda oxunan: Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib 

155615

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul üzrə yazılı imtahanın birinci mərhələsi (test imtahanı) keçirilib.

Bu barədə Bizim.Media-ya DİM-dən bildirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 2 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 43 nəzarətçi müəllim, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.

İmtahanda namizədlərə qanunvericilik və ümumi sahəvi bilikləri yoxlayan 75 tapşırıq (65 qapalı tipli və 10 açıq tipli), ümumi dünyagörüşü səviyyəsini yoxlayan 15 tapşırıq (12 qapalı tipli və 3 açıq tipli) və verbal, rəqəmsal mәlumatlarla işləmə və mücərrəd düşünmə bacarığını yoxlayan 30 tapşırıq olmaqla, (25 qapalı tipli və 5 açıq tipli) ümumilikdә 120 tapşırıq təqdim olunub.
İmtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO