Bakıda DƏHŞƏT – Bacılara valideynləri tərəfindən işgəncə VERİLİB - FOTO

Bakıda DƏHŞƏT – Bacılara valideynləri tərəfindən işgəncə VERİLİB - FOTO

Hazırda oxunan: Bakıda DƏHŞƏT – Bacılara valideynləri tərəfindən işgəncə VERİLİB - FOTO

155477

Bakıda azyaşlı bacılar valideynləri tərəfindən zorakılığa məruz qalıblar.

Bu barədə Bizim.Media-ya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə Xətai rayonunda yaşayan azyaşlı qızlar həm ana, həm də ataları tərəfindən şiddətə məruz qalıb:

“Qızlar ötən gün Sosial Xidmətlər Agentliyi və polis tərəfindən sığınacağımıza yerləşdirilib. Biri 9, digər 5 yaşında olan normal bacılardır. Zorakılığın səbəbi ilə bağlı Sosial Xidmətlər Agentliyi hazırda qiymətləndirmə aparır.

Ola bilsin ki, valideynlərin psixi durumu yerində deyil. Ailədə daha bir 6 aylıq körpə də var”.

Mehriban Zeynalova qeyd edib ki, sığınacağa yeni yerəşdirilən azyaşlıların hər ikisi tibbi müayinədən keçirilib:

“Bacılarla hazırda psixoloqlar işləyir. Onların növbəti dəfə də tibbi müayinəsi keçiriləcək. Əlavə ehtiyac olarsa, yenidən müraciət edəcəyik”.  




Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO