Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edilib - FOTO/VİDEO  

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edilib - FOTO/VİDEO  

Hazırda oxunan: Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edilib - FOTO/VİDEO  

155405

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

Bizim.Media xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində keçirilən tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.



Çıxışlar zamanı müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Ordusunun dünyanın hər zaman inkişafda olan müzəffər orduları sırasında dayandığı vurğulanıb, 44 günlük Vətən müharibəsi ilə tariximizə Zəfər Gününü yazan ordumuzun şəxsi heyətinin daim yüksək döyüş hazırlığına malik olduğu qeyd olunub.

Təbrik oxunduqdan sonra hərbi qulluqçulara müxtəlif adda medallar, növbəti hərbi rütbələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.















Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO