Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO 

Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO 

Hazırda oxunan: Xaçmazda körpünün uçması nəticəsində xəsarət alanların SON VƏZİYYƏTİ - FOTO 

155377

Bu gün səhər saatlarında Xaçmaz şəhərində Qudyalçay körpüsünün uçması məticəsində xəsarət alan 3 nəfərin vəziyyəti stabildir. 

Bizim.Media xəbər verir ki, "Vaz-2106" markalı avtomaşının aşması nəticəsində xəsarət alan 57 yaşlı Xaçmaz sakini Əlisəfa Heybətov, Bakı sakini 39 yaşlı Efsun Qarayev və 24 yaşlı Xaçmaz sakini Elvin Səfərəliyev dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. 

İlk tibbi yardımdan sonra yaralılardan Efsun Qarayev öz istəyi ilə Azərbaycan Tibb UniversitetininTədris Cərrahiyyə Klinikasına təxliyyə olunub. 

Xəsarətləri nisbətən yüngül olan Elvin Səfərəliyevə ambulator müalicə təyin olunub və evə buraxılıb. Digər yaralı Əlisəfa Heybətovun müalicəsi isə Xaçmaz rayon mərkəzi xəstəxanasında davam etdirilir. 
Bu gün Prezident Adminstrasiyasının məsul işçisi Habil Əzəmmədov və rayon rəhbərliyi yaralı Əlisəfa Heybətovu xəstəxanada ziyarət edib, müalicəsi və səhhəti ilə maraqlanıblar. Həkimlər yaralının həyatı üçün təhlükə olmadığını bildiriblər.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO