Sabiq deputat telefon nömrəsini 9 min manata satışa çıxardı - SƏBƏB

Sabiq deputat telefon nömrəsini 9 min manata satışa çıxardı - SƏBƏB

Hazırda oxunan: Sabiq deputat telefon nömrəsini 9 min manata satışa çıxardı - SƏBƏB

15526

Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılov “211”lə başlayan “Azercell” nömrəni satışa çıxarıb.

Bizim.Media xəbər VERİR Kİ, nömrənin qiyməti 9 000 AZN-dir.

Xatirladaq ki, 2019-cu ilin sentyabr ayında Rafael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayıldıqdan sonra, o, Milli Məclisin deputatı mandatından imtina edib.

R.Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb.

Lakin deputat borcu vaxtında ödəyə bilməyib. Onun toplam olaraq 1 milyon 550 min dollar borcu var:

Məlahət Qurbanova – 580 000 dollar

Xatirə Nəcəfova – 200 000 dollar

Yusif Orucov – 200 000 dollar

Aynur Kazımova – 100 000 dollar

Şəfa Məmmədova – 80 000 dollar,

Bəşir Məmmədov – 60 000 dollar

Allahverdi Səfərəliyev – 30 000 dollar.

Hazırda işə məhkəmədə baxılmaqdadır. Xəbəri pravda.az yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO