İtən maşın nömrələri, sürücülük vəsiqələri sahiblərinə qaytarıldı

İtən maşın nömrələri, sürücülük vəsiqələri sahiblərinə qaytarıldı

Hazırda oxunan: İtən maşın nömrələri, sürücülük vəsiqələri sahiblərinə qaytarıldı

155135

Məişət tullantıların içərisindən çıxan avtomobillərə aid 57 dövlət nömrə nişanı, 8 sürücülük vəsiqəsi və 2 qeydiyyat şəhadətnaməsi sahiblərinə qaytarılması üçün Bakı Şəhər Baş Dövlət Yol Polisi idarəsinin əməkdaşlarına təqdim edilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təşkil edilən mediatur çərçivəsində jurnalistlərə məlumat verilib.

Bildirilib ki, tapıntılar haqqında məlumatın verilməsində medianın da dəstəyi zəruri hesab edilib.

Qeyd edək ki, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodu alman texnologiyası əsasında fəaliyyət göstərir və burada çeşidlənən tullantılar təkrar emala göndərilir. 
Çeşidləmə prosesində həmçinin dəyərli əşyalar və dəmir pullar toplanır. Tapılan dəyərli əşyalardan zavodda yaradılan kiçik muzey bura gələnlərin böyük marağına səbəb olur. Dəmir pullar isə “Tapılan arzular” layihəsi adı altında xeyriyyə məqsədi ilə istifadə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO