Rövşən Allahverdiyev

Rövşən Allahverdiyev "PASHA Bank Georgia"nın yeni sədri TƏYİN EDİLDİ

Hazırda oxunan: Rövşən Allahverdiyev "PASHA Bank Georgia"nın yeni sədri TƏYİN EDİLDİ

155130

"PAŞA Bank"ın Gürcüstan törəməsi "PASHA Bank Georgia"nın rəhbərliyinə yeni təyinatlar olub.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu il sentyabrın 12-də Rövşən Allahverdiyev törəmə bankın Müşahidə Şurasının (MŞ) sədri təyin edilib.

O, bu vəzifədə Fərid Məmmədovu əvəz edib. Rövşən Allahverdiyev bundan əvvəl, bu ilin iyun ayında "PAŞA Sığorta", "PAŞA Həyat Sığorta" şirkətlərinin Direktorlar Şurasının sədri, eyni zamanda "Kapital Bank"ın Müşahidə Şurasının sədri təyin edilib. 

Paralel olaraq, Risklərin İdarə Edilməsi Komitəsinin üzvü Kəmalə Nuriyeva "PASHA Bank Georgia"nın Müşahidə Şurasının üzvü seçilib.

O, bank və biznes idarəçiliyində 27 ildən artıq təcrübəyə malikdir. 2007-ci ildən etibarən "PAŞA Group"a daxil olan şirkətlərdə, o cümlədən "PAŞA Bank"da təmsil olunub. 

Qeyd edək ki, 2013-cü ildə Gürcüstan Mərkəzi Bankı "PASHA Bank Georgia"ya fəaliyyət lisenziyası verib. Bankın səhmlərinin 90,2%-i "PAŞA Bank"a, 9,79%-i isə "PAŞA Holdinq"ə məxsusdur. 
 
Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO