Hansı restoranlarda eşşək ətindən İSTİFADƏ OLUNUR? – AÇIQLAMA

Hansı restoranlarda eşşək ətindən İSTİFADƏ OLUNUR? – AÇIQLAMA

Hazırda oxunan: Hansı restoranlarda eşşək ətindən İSTİFADƏ OLUNUR? – AÇIQLAMA

155122

Xəbər verdiyimiz kimi AQTA Cəlilabad rayon Təzəkənd kəndində heyvandarlıq təsərrüfatında qanunsuz olaraq at ətinin istehsalı ilə bağlı faktı aşkarlayıb.

Məlum olub ki, 3 baş atın 600 kiloqrama yaxın əti Bakıda satmaq üçün tədarük edilib. Nəzərə alaq ki, bu ilk fakt deyil. Regionlarda at və eşşək əti tədarük edən işbazlara tez-tez rast gəlinir.

Bəs, at və eşşək ətindən əsasən hansı sahələrdə istifadə olunur?

Mövzu ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, at və eşşək ətindən təkcə dönərxanalarda, kolbasa sexlərində yox, hətta kafelərdə və restoranlarda istifadə edilir.

Onun sözlərinə görə, ölkəmizdə at və eşşək ətinin satışı qanunla qadağan deyil:

“Məsələn 5-6 il qabaq Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi efirdən bildirdi ki, at və eşşək ətinin satılmasında heç bir qəbahət iş yoxdur. Həmin adam bu gün də vəzifə başındadır.

Belələri ilə necə mübarizə təşkil etmək olar?! Baxmayaraq ki, müqəddəs kitabımız “Qurani-Kərim”də at və eşşək ətinin istehlakı haram buyrulub. Di gəl ki, bəzi dövlət qurumlarının, xüsusən də AQTA-nın günahı ucbatından at və eşşək əti süfrələrimizə qədər gəlib çıxır.

Nəzərə alaq ki, küçədə şəffaf şəkildə kəsilib satılan ətə qarşı AQTA qəti mübarizə aparır. Halbuki insanlar kəsilən heyvanı gözləri ilə gördükdə əti daha həvəslə alırlar. Amma marketlərdə satılan ətə münasibət birmənalı deyil.
At və eşşək ətinin satılmasına qarşı mübarizədə nə Səhiyyə, nə Kənd Təsərrüfatı nazirlikləri, nə də AQTA bizə kömək etməyib.

Yalnız DİN hər zaman bizim müraciətimizə operativ reaksiya verib. Polis əməkdaşları belə hallara qarşı çox prinsipialdır. Hətta dəfələrlə olub ki, antisanitar şəraitdə at və eşşək əti satanları polis məsuliyyətə cəlb edib”.

Birliyin sədri məsələ ilə bağlı maraqlı bir faktı da bölüşüb: “SSRİ Nazirlər Sovetinin qərarına əsasən bütün sovet respublikalarının qida rasionunun qeyd olunduğu kitabda, nə yazıq ki, azərbaycanlıların qida rasionunda eşşək əti də yazılıb.
Təbii ki, burda erməni barmağı var. O zaman Nazirlər Sovetinə Mikoyan rəhbərlik edirdi. Amma nədənsə Azərbaycan dilində də nəşr olunan bu qeydə heç kim etiraz etməyib”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO