Yol qəzasında həlak olan hərbçilərimizə şəhid statusu VERİLƏCƏK – RƏSMİ 

Yol qəzasında həlak olan hərbçilərimizə şəhid statusu VERİLƏCƏK – RƏSMİ 

Hazırda oxunan: Yol qəzasında həlak olan hərbçilərimizə şəhid statusu VERİLƏCƏK – RƏSMİ 

155109

Xəbər verildiyi kimi ötən gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olublar. Yol qəzasında dünyasını dəyişən hərbçilərimizə şəhid statusu veriləcək.

Bunu Bizim.Media-ya açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib.

Onun sözlərinə görə, qəza nəticəsində həyatlarını itirən Azərbaycan Ordusunun hər 3 hərbi qulluqçusuna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi hissə tərəfindən təqdim ediləcək bildiriş əsasında şəhidlik statusu veriləcək. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO