3-cü Alatavada yanğın baş verib

3-cü Alatavada yanğın baş verib

Hazırda oxunan: 3-cü Alatavada yanğın baş verib

155080

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən evdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. 

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib. 

Bildirilib ki, yanğının mürəkkəbliyinə, o cümlədən ərazidə bitişik evlərin yerləşməsi səbəbindən yayılma riskinin yüksək olmasına baxmayaraq, hadisəyə operativ reaksiya və yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Əlavə məlumat veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO