Bakıda avtobusların sayı ARTIRILDI - RƏSMİ

Bakıda avtobusların sayı ARTIRILDI - RƏSMİ

Hazırda oxunan: Bakıda avtobusların sayı ARTIRILDI - RƏSMİ

154977

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşınma imkanlarının artırılması üçün daşıma göstəricisi aşağı olan marşrutlara əlavə avtobusların cəlb olunması prosesi davam etdirilir. Bu gün daha 12 marşrut xəttinə 20-dən çox əlavə avtobus buraxılıb. 

Bu barədə məlumatı Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda 31 marşrut xəttinə əlavə 112 avtobus verildi


Onun sözlərinə görə hazırda 43 marşrut xətti üzrə sərnişin daşınmasına əlavə olaraq 132 avtobus cəlb edilib.

Həmin nəqliyyat vasitələri sərnişin tələbatı daha çox müşahidə edilən 1, 2, 3, 6, 7A, 7B, 11, 13, 14, 17, 21, 31, 33, 38, 40, 46, 49, 50, 60, 67, 71, 77, 79, 88, 92, 96, 113, 114A, 114B, 119, 125, 133, 135, 136, 160, 165, 172, 179, 189, 199, 206, 214 və M8 marşrut xətlərinə buraxılıb. 

Bu gün müntəzəm avtobus marşrutlarına çıxarılan nəqliyyat vasitələrinin ümumi sayı 1886-dır. Ötən ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 1697 olub. 189 avtobusun əlavə edilməsi illik 50 milyon səfər imkanının yaradılması deməkdir.   
Yolların buraxılış imkanlarının artırılması üçün avtobus zolaqları da təşkil edilir. Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO