Zaqatalada nömrəsiz avtomobil idarə edən sürücülər cərimələnib - FOTO 

Zaqatalada nömrəsiz avtomobil idarə edən sürücülər cərimələnib - FOTO 

Hazırda oxunan: Zaqatalada nömrəsiz avtomobil idarə edən sürücülər cərimələnib - FOTO 

154871

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən yol-hərəkəti qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan, avtomobillərə əlavə avadanlıq quraşdıran və dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsi idarə edən sürücülərə qarşı tədbirlər keçirilib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Məlumata görə, şəhərin müxtəlif ərazilərində bu istiqamətdə keçirilən tədbirlər zamanı sadalanan qayda pozuntularına yol verən şəxslər yol polisi tərəfindən müəyyən edilib.  

Qanunvericiliyin tələbləri onlara izah olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub. 




Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO