Rəsədxana: Geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır

Rəsədxana: Geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır

Hazırda oxunan: Rəsədxana: Geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır

154731

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə rəsədxananın məlumatında qeyd edilib.

Bildirilib ki, Günəş ləkələrinin sayı artaraq, 9 ləkə qrupu və 167 ləkə müşahidə olunur. Günəşin səthində kiçik tac dəlikləri qeyd olunsa da, Yerə istiqamətlənmiş ekvatorial tac dəlikləri müşahidə edilmir.

Enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub. Günəş küləyinin sürəti azalaraq 546 km/san qeydə alınıb.

Hazırda Günəş küləyinin sürəti 384 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 8 nT, radial istiqamətdə isə 0 nT təşkil edir.

Sentyabrın 11-dən 17-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir. 

Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta səviyyəyə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.
Sentyabrın 12-13-də Günəş küləyi sürətinin müsbət qütblü tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri ilə artacağı gözlənilir. 

Geomaqnit sahəsinin də tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri ilə aktiv səviyyələrə qalxacağı və zəif (G1) sinifli geomaqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO