Abşeronda yol qəzasında 1 nəfər xəsarət alıb - FOTO 

Abşeronda yol qəzasında 1 nəfər xəsarət alıb - FOTO 

Hazırda oxunan: Abşeronda yol qəzasında 1 nəfər xəsarət alıb - FOTO 

154721

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, qəza Novxanı-Mehdiabad yolunda qeydə alınıb. 

Hadisə “Chevrolet” markalı 99-MT-093 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Hyundai” markalı 90-SZ-646 dövlət qeydiyyat nişanlı yük avtomobilinin iştirakı ilə olub.

Qəzada idarəetməni itirən yük avtomobilinin sürücüsü minik vasitəsini aşırıb. “Chevrolet” markalı avtomobil isə yoldan kənara çıxıb.

Hadisədə minik avtomobilinin sürücüsü Vurğun Həsənov xəsarət alıb, avtomobil yararsız vəziyyətə düşüb. Yaralı təcili tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. 










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO